İlqar Rəhimov Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti vəzifəsindən istefa verib.
AzerTimes xəbər verir ki, funksioner bu barədə qurumun mətbuat xidmətinə açıqlama verib.
“30 iyun 2023-cü il tarixində Portuqaliyada IBSA-nın (Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının) növbədənkənar Baş Assambleyası keçiriləcək. Assambleyada yeni İdarə Heyəti seçiləcək. Mən IBSA-nın prezidentliyinə namizədliyimi irəli sürmüşəm və seçildiyim təqdirdə fəaliyyətimi bu dünya təşkilatında islahatlara və dəyişikliklərə həsr etmək istəyirəm. IBSA-da dəyişikliklər üçün platformamı həyata keçirə bilmək və maraqların toqquşması kimi mənfi nəticələrin qarşısını almaq üçün. İşimdə mənə kömək və dəstək olan hər kəsə təşəkkür edirəm. Bütün məşqçilərə və idmançılara fədakar əməklərinə görə təşəkkür edirəm. Daim göstərilən diqqət və qayğıya görə bütün dövlət qurumlarına təşəkkür edirəm. Ən əsası, bu illər ərzində mənə göstərilən etimada görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edirəm. Söz verirəm ki, bu mötəbər dünya idman təşkilatının rəhbərliyində doğma Azərbaycanımı layiqincə təmsil edəcəyəm”.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, 07 iyul 2023-cü il tarixində Azərbaycan Milli Paralimpiya Komitəsinin növbədənkənar hesabat-seçki konfransını çağırılır.