Azərbaycanda ilk dəfə olaraq MEDIA PARTY təşkil olunub. Milli Mətbuat Gününə həsr olunmuş və ölkəmizin ilk təbii kosmetika istehsalçısı olan Gazelli Group şirkəti tərəfindən təşkil olunmuş tədbirin məqsədi media nümayəndələrinə yadda qalan və maraqlı anlarla dolu bir bayram yaşatmaqdır. Ölkənin ən zövqlülərdən olan “FLY İNN BAKU” otelində baş tutmuş tədbir COVİD19 Pandemiyası ilə əlaqədar olaraq tədbiq olunmuş bütün qaydalara riayyət olunmaqla keçirilib. Bu səbəbdən PARTY-də ilk qeydiyyatdan keçmiş 50 media nümayəndəsi iştirak edib ki, onların da əksəriyyəti artıq COVİD Pasportuna sahibdilər.
Media nümayəndələrini təbrik edən Gazelli Group şirkətinin direktoru Nərmin İsmayılova bildirib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da qələm adamlarının rolu çox böyükdür: “Cəmiyyət üçün vacib olan məlumatların düzgün çatdırılması məhz mediamızın əlindədir. Bu səbəbdən də media nümayəndələrinin üzərinə çox böyük məsuliyyət düşür…” deyə N.İsmayılova bildirib.
Bayram axşamı maraqlı əyləncələr, uduşlu müsabiqələr və gözəl abu-havası ilə yadda qaldı. Lotereya qalibləri isə daha şanslı olublar. Belə ki, aparıcı Vüsalə Tağıyeva “Gazelli Cafe”də iki nəfərlik şam yeməyi, jurnalist Jalə Mehdiyeva – Gazelli House-da (Spa&Wellness) sertifikatı, fotoqraf Valeh Əliyev – “LabExpress by Gazelli Group”un sertifikatını (ümumi qan analizi), jurnalist Elnarə Kərimova – ADORE mağazalar şəbəkəsində 100 AZN dəyərində alış-veriş kuponu, jurnalist Elnarə Dərziyeva isə “Fly İnn Baku” otelinin xidmətlərindən istifadə imkanı verən hədiyyə vauçeri qazanıblar. Ümumiyyətlə isə “MEDİA PARTY by Gazelli Group” tədbirində heç kəs hədiyyəsiz qalmayıb. Qonaqlara Gazelli Groupun istehsalı olan məhsulları ilə yanaşı, elə tədbirdə çəkilmiş fotolardan ibarət yadigar hədiyyələr də təqdim olunub.