Milli Məclisin üzvləri Prezident İlham Əliyevi Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi münasibətilə təbrik ediblər

Xəbər - Elçin Mehdiyev – Trend:

Milli Məclisin üzvləri Türkdilli ölkələrin Dövlət Başçıları Şurasının qərarı ilə Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi münasibətilə dövlət başçısını təbrik edib.

AzerTimes-ın məlumatına görə, Milli Məclisin sədri Sahibə Qafarova parlamentin iclasında bildirib ki, Türkdilli ölkələrin Dövlət Başçıları Şurasının qərarı ilə Azərbaycan Prezidenti İlham Əliyev Türk Dünyasının Ali Ordeni ilə təltif edilib:

“Bu münasibətlə dövlət başçısını təbrik edir və uğurlar arzulayırıq” – S.Qafarova deyib.

Deputatlar da təbriklərə qoşulub və dövlət başçısına gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Teqlər: