Milli Məclisin sədri Qazaxıstanda işgüzar səfərdədir

Martın 28-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı
ilə parlament nümayəndə heyəti MDB PA-nın 30 illiyinə həsr olunmuş
tədbirlərdə iştirak etmək üçün Qazaxıstan Respublikasının Almatı
şəhərinə işgüzar səfərə gəlib.

Milli Məclisdən AzerTimes-a verilən məlumata görə, Almatı Beynəlxalq
Aeroportunda nümayəndə heyətini MDB PA-nın Baş katibi Dmitri
Kobitski, Qazaxıstan Parlamentinin deputatları, ölkəmizin
Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov və digər rəsmi şəxslər
qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədrinin MDB PA-nın Şura
iclasında çıxışı və tədbirlərdə iştirak edəcək nümayəndə
heyətlərinin rəhbərləri ilə görüşləri də nəzərdə tutulur.

İşgüzar səfər martın 29-da başa çatacaq.

Teqlər: