Milli Məclisin sabahkı iclasının gündəliyi dəyişdi

Azərbaycan Respublikası Milli Məclisinin 2022-ci il mayın 5-də
keçiriləcək iclasının gündəliyinə dəyişiklik edilib.

AzerTimes-ın məlumatına görə, gündəliyə iki məsələ əlavə edilib və
müzakirə ediləcək məsələlərin sayı 20-dən 22-ə qalxıb.

Müzakirə ediləcək məsələlər aşağıdakı kimidir:

1. İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik
məlumatı haqqında.

2. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası
qanununun layihəsi (üçüncü oxunuş).

3. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi.

4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində,
Azərbaycan Respublikasının Ailə Məcəlləsində və Azərbaycan
Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası qanununun layihəsi.

5. “Əhalinin sağlamlığının qorunması haqqında” və “Psixiatriya
yardımı haqqında” Azərbaycan Respublikasının qanunlarında
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi.

6. “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

7. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti
Məcəlləsində, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Tarix və
mədəniyyət abidələrinin qorunması haqqında”, “Bədən tərbiyəsi və
idman haqqında”, “Mədəniyyət haqqında” və “Reklam haqqında”
Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası qanununun layihəsi (ikinci
oxunuş).

8. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik
edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi
(ikinci oxunuş).

9. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (ikinci oxunuş).

10. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (ikinci oxunuş).

11. “Onkoloji yardım haqqında” və “Dağınıq skleroz xəstəliyinə
tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (ikinci
oxunuş).

12. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (ikinci
oxunuş).

13. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik
edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi
(ikinci oxunuş).

14. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (ikinci oxunuş).

15. “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi
təhsil) haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (ikinci oxunuş).

16. “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə”
Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar
“Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi
barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci
oxunuş).

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (birinci oxunuş).

18. “İnformasiya, informasiyalaşdırma və informasiyanın
mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (birinci oxunuş).

19. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun
layihəsi (birinci oxunuş).

20. “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb
fəaliyyəti haqqında”, “Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və
idman haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik
edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi
(birinci oxunuş).

21. “Enerji resurslarından səmərəli istifadə və enerji
effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (birinci oxunuş).

22. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti
Məcəlləsində, “Elektroenergetika haqqında”, “Qaz təchizatı
haqqında”, “Energetika haqqında”, “Hidrotexniki qurğuların
təhlükəsizliyi haqqında” və “Ölçmələrin vəhdətinin təmin edilməsi
haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik
edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi
(birinci oxunuş).

Teqlər: