Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına
rəhbərlər seçilib.
AzerTimes-ın xəbərinə görə, bununla bağlı “Azərbaycan Respublikası
Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının
rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin qərar layihəsi
parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Belə ki, Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr
üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Soltan Məmmədovun,
Azərbaycan-Mavritaniya parlamentlərarası əlaqələr üzrə işçi
qrupunun rəhbəri vəzifəsinə isə Sadiq Qurbanovun namizədliyi irəli
sürülüb.
Qərar layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul
edilib.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan-Böyük Britaniya
parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir
Feyziyev idi. Azərbaycan-Mavritaniya parlamentlərarası əlaqələr
üzrə işçi qrupunun rəhbəri vəzifəsi isə boş idi.