Milli Məclisin nümayəndə heyəti İtaliyaya rəsmi səfərə gedib

Xəbər - Elçin Mehdiyev – Trend:

Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin İtaliya tərəfinin dəvəti ilə mayın 17-də bu ölkəyə rəsmi səfəri başlayıb.

AzerTimes xəbər verir ki, səfər çərçivəsində Milli Məclisin Sədrinin İtaliya parlamentinin hər iki palatasının sədrləri, ölkənin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri, Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi və ölkəmizlə İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanin həmsədri, İtaliya parlamentindəki dostluq qrupunun və İtaliya-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri ilə görüşləri nəzərdə tutulub.

Nümayəndə heyətinin tərkibinə parlamentin komitə sədri Tahir Mirkişili, komissiya sədri Eldar Quliyev, İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Azər Kərimli, deputatlardan Qüdrət Həsənquliyev, Elnur Allahverdiyev, Aqiyə Naxçıvanlı, Afət Həsənova, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Parlament nümayəndə heyətinin səfəri mayın 19-da başa çatacaq.

Teqlər: