Milli Məclisin nümayəndə heyəti İsveçrəyə rəsmi səfərə gəlib

Mayın 9-da Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə
parlament nümayəndə heyəti İsveçrə Konfederasiyasına rəsmi səfərə
gəlib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
AzerTimes-a verilən
məlumata görə, Sürix hava limanında nümayəndə heyətini İsveçrə
Parlamentinin Protokol Xidmətinin rəhbəri Filip Barezvil, ölkəmizin
İsveçrədəki səfiri Fuad İsgəndərov, Azərbaycanın Cenevrədəki BMT
bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi
Qalib İsrafilov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclis sədrinin ölkə rəsmiləri ilə bir
sıra görüşləri nəzərdə tutulub.

Teqlər: