Milli Məclisin noyabrın 18-də nəzərdə tutulmuş iclası təxirə salınıb

Xəbər - Elçin Mehdiyev – Trend:

Milli Məclisin noyabrın 18-də nəzərdə tutulmuş iclası keçirilməyəcək.

AzerTimes-ın məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

O bildirib ki, növbəti iclasın vaxtı barədə məlumat veriləcək.

Qeyd edək ki, Milli Məclisin 16, 17 və 18 noyabr tarixlərində iclaslarının keçirilməsi nəzərdə tutulmuşdu və gündəliyə 24 məsələ daxil idi. 16 və 17 noyabr tarixində keçirilən iclaslarda nəzərdə tutulan bütün məsələlərə baxılıb və bir çox məsələlər birinci oxunuşda qəbul edilib.

Teqlər: