Milli Məclisin növbəti iclaslarının vaxtı məlum olub

Xəbər - Elçin Mehdiyev – AzerTimes:

Gələn həftə Milli Məclisin payız sessiyasının növbəti iki iclası keçiriləcək.

AzerTimes-in məlumatına görə, parlamentin növbəti iclasları noyabrın 23-ü və 24-də keçiriləcək.

İclaslarda 2022-ci ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin, Vergi Məcəlləsinə dəyişikliklərin və digər məsələlərin müzakirəsi davam etdiriləcək.

Qeyd edək ki, Milli Məclisin 16, 17 və 18 noyabr tarixlərində iclasları keçirilib və gündəliyə 24 məsələ daxil edilib. 16 və 17 noyabr tarixində keçirilən iclaslarda nəzərdə tutulan bütün məsələlərə baxılıb və bir çox məsələlər, o cümlədən “2022-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Teqlər: