Milli Məclisin iclası: bəyanat qəbul olundu

Milli Məclisin iclası: bəyanat qəbul olundu

10:02

Milli Məclisin növbədənkənar sessiyasının xüsusi iclası başlayıb.

AzerTimes xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə baş tutan iclasın gündəliyinə bir məsələ daxil edilib.

Belə ki, xüsusi iclas Azərbaycan xalqının böyük siyasi və dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunub.

***

Milli Məclisdə Azərbaycan xalqının böyük siyasi və dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş xüsusi iclası keçirilib.

İclasda deputatlar Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsizt xidmətləri haqqında geniş çıxışlar ediblər.

İclasın sonunda Milli Məclisin Heydər Əliyevin 100 illiyinə həsr edilmiş bəyanatı qəbul edilib.

Bəyanatı deputat Səbinə Xasayeva oxuyub.

Teqlər: