Milli Məclisin deputatları Bolqarıstanda növbədənkənar seçkiləri müşahidə ediblər

Milli Məclisin Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Rauf Əliyev və işçi qrupunun üzvü Sabir Hacıyev 14 noyabr 2021-ci il tarixdə Bolqarıstanda keçirilən prezident və Milli Assambleyaya deputatların növbədənkənar seçkisini Bolqarıstanın paytaxtı Sofiya şəhərində müşahidə missiyasında iştirak ediblər.

Yerli vaxtla 07:00-da ölkə üzrə 13 minə yaxın seçki məntəqəsi açılıb. Onlardan 9399-da səsvermə xüsusi maşınlarla aparılıb.

Dünyanın 68 ölkəsində daha 750 seçki məntəqəsi fəaliyyət göstərib. Ölkədə seçki hüququ olan 6,7 milyon vətəndaş var. Növbədən kənar parlament seçkilərində 20 partiya və 7 koalisiyanın nümayəndəsi iştirak edib.Millim Assambleyadakı 240 yer üçün 5 mindən çox namizəd mübarizə aparıb. Prezdentlik uğrunda 23 namizəd mübarizə aparıb. Seşkilərin gedişini 4 minə yaxın müşahidəçi izləyib.

Teqlər: