Milli Məclisin deputatı Könül Nurullayeva həftə ərzində Nizami rayonu sakinləri, eləcə də Azərbaycanın digər bölgələrində yaşayan vətəndaşlarımız tərəfindən edilən 18 müraciət əsasında növbəti vətəndaş qəbulunu keçirib.
Karantin qaydaları çərçivəsində keçirdiyi görüşdə millət vəkili Könül Nurullayeva 10 vətəndaşımızı fərdi formada dinləyərək, müxtəlif mövzular üzrə onları narahat edən problemləri qeydiyyata götürüb.
Deputat Qərargahından verilən məlumata görə, görüş zamanı qəbul iştirakçıları tərəfindən səsləndirilən əsas problemlər sırasında ünvanlı sosial yardım alınmasında yaranan çətinlik, əlillik pensiyasının əsassız səbəbdən kəsilməsi, aztəminatlı ailələrin qarşılaşdığı məişət problemləri, məşğulluq səviyyəsinin yüksəldilməsi və vətəndaşımızın xaricdə müalicə almasına yardım edilməsi ilə bağlı məsələlər başlıca yer almışdır. Qəbulun sonunda isə Milli Məclisin deputatı Könül Nurullayeva görüş iştirakçılarının diqqətinə çatdırıb ki, qeydiyyata götürülmüş müraciətlər ən yaxın zamanda aidiyyəti üzrə müvafıq qurumlara ünvanlanacaqdır.