Milli Məclisin deputatı Könül Nurullayeva qazilərlə görüş keçirib (FOTO)

Millət vəkili Könül Nurullayeva Azərbaycanın şanlı zəfəri ilə nəticələnən Vətən müharibəsinin ildönümü ilə əlaqədar Bakı şəhəri, Nizami rayonundan olan qazilərlə görüş keçirib. Görüşdə iştirak edən qazilər arasında Abdullayev Əli Azər oğlu, Nuriyev Nurlan Gülağa oğlu, gizir Cavadov Ervin Tərxan oğlu, Zeynalov Kənan Fərhad oğlu, Orucov Anar Hüseynağa oğlu, İsgəndərov Daşqın Akif oğlu, Həsənov İsa Rüfət oğlu, Abdullayev İlkin Mübariz oğlu, mayor Əmirəliyev Nicat Kərəməli oğlu, Eminov Emin Musa oğlu, Bəxtiyarlı Elvin Faiq oğlu, mayor Quliyev Asim Əfrasim oğlu və Abdullayev Orxan Rasim oğlu yer almışdır.

Tədbirdə çıxış edən deputat K.Nurullayeva İkinci Qarabağ müharibəsində qəhrəman hərbçilərimizin şücaəti, Ali Baş Komandanın qətiyyəti və siyasi iradəsi hesabına, şəhidlərimizin qanı-canı bahasına ölkəmizin mənfur düşmən üzərində qələbə qazanmasından söhbət açıb. Bütün qazilərin, şəhid ailələrinin dövlət qayğısı ilə əhatə olunduğunu bildirib.

Milli Məclisin deputatı görüşdə, həmçinin qazilərin gündəlik rastlaşdıqları problemləri dinləyərək, qaldırılan məsələlərin həll edilməsi istiqamətində müvafiq addımlar atılacağını vurğulayıb.

Görüşün sonunda isə qazilərimiz də öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Eyni zamanda aidiyyatı dövlət qurumlarına təşəkkür ediblər.

Teqlər: