Mayın 21-də Milli Məclisin Şuşada birgə komitələrinin iclası
keçiriləcək.
AzerTimes-ın məlumatına görə, Gənclər və idman, həmçinin Ailə, qadın
və uşaq məsələləri komitələrinin Şuşada birgə iclasında iki məsələ
müzakirə ediləcək.
Belə ki, deputatlar Azərbaycan Respublikasında 2022-ci ilin
“Şuşa ili” elan edilməsi haqqında Azərbaycan Respublikası
Prezidentinin 2022-ci il 5 yanvar tarixli Sərəncamına uyğun olaraq,
gənclərin və ölkəmizi yarışlarda təmsil edən idmançıların
maarifləndirilməsi və Qarabağ tarixində ailə dəyərləri və qadın
hüquqları məsələlərini müzakirə edəcəklər.