Azərbaycanda sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrinə görə Yeni Azərbaycan Partiyasının (YAP) 68 namizədi qalib gəlib.
AzerTimes verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının saytında məlumat yerləşdirilib.
45 bitərəf namizəd öz dairələrində qalib gəliblər.
Qeyd edək ki, artıq seçki məntəqələrinin 100 faizi yekun protokollarını Mərkəzi Seçki Komissiyasına təqdim ediblər.