Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycanda səhiyyə xərcləri artırılmalıdır.
AzerTimes-ın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siaysət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Deputat bildirib ki, Qarşıdan büdcə müzakirələri gəlir: “Hesab edirəm ki, biz səhiyyə xərclərini artırmalıyıq”.
O qeyd edib ki, bu gün Azərbaycan səhiyyəsinin üzərinə çox böyük iş düşür: “Onu da hesab edirəm ki, tibbi sığortadan heç zaman vaz keçməməliyik”.