Milli Məclisdə şəhid anası və qazi işlə təmin edilib.
AzerTimes-ın məlumatıma görə, Vətən müharibəsinin birinci ildönümü ərəfəsində Milli Məclisin sədri Sahibə Qafarovanın müvafiq əmrinə əsasən, general-mayor Polad Həşimovun qisasını alan əsgər kimi Vətən müharibəsi tarixinə imzasını atmış Cəbrayıl Dövlətzadənin anası Məleykə Məmmədzadə Milli Məclisdə dövlət qulluğuna qəbul edilərək işlə təmin olunub.
Bundan əlavə Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmiş, Vətən müharibəsi zamanı Suqovuşan və Talış istiqamətində gedən döyüşlərdə qəhrəmancasına iştirak edən qazi Abbas Yusifov S.Qafarovanın imzaladığı əmrlə Milli Məclisdə dövlət qulluğuna qəbul edilərək işlə təmin olunub.