Xəbər - Elçin Mehdiyev – Trend:
Milli Məclisin Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinə yeni müdir müavini təyin olunub.
AzerTimes-ın məlumatına görə, parlamentin Sədri Sahibə Qafarovanın imzaladığı sərəncama əsasən, əvvəllər sözügedən şöbədə sektor müdiri vəzifəsində çalışan Eldar İsmayıl oğlu Əsgərov həmin vəzifəyə təyin olunub.
Qeyd edək ki, E.Əsgərov ötən ilin sentyabrında könüllü olaraq Vətən müharibəsinə yollanan igidlərimizdən biri olan Sabir Əsgərovun atasıdır.