Xəbər verdiyimiz kimi, bu gün VII Çağırış Milli Məclisin ilk iclasında parlamentin komitə sədrlərinin müavinləri seçilib.
AzerTimes xəbər verir ki, parlamentin komitə sədrlərinin müavinləri aşağıdakı şəxslər olub:
– Hüquq siyasəti və dövlət quruculuğu komitəsi (sədr Əli Hüseynli) – Elşən Musayev (Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri);
– Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi (sədr Arzu Nağıyev) – Qüdrət Həsənquliyev (ƏHD Partiyasının sədri);
– İnsan hüquqları komitəsi (sədr Zahid Oruc) – Arzuxan Əlizadə (AMİP sədri);
– Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi (sədr Sadiq Qurbanov) – Fatma Yıldırım;
– İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi (sədr Azər Əmiraslanov) – Azər Badamov;
– Aqrar siyasət komitəsi (sədr Tahir Rzayev) – Razi Nurullayev (Milli Cəbhə Partiyasının sədri);
– Əmək və sosial siyasət komitəsi (sədr Musa Quliyev) – Elşad Musayev (Böyük Azərbaycan Partiyasının sədri);
– Səhiyyə komitəsi (sədr Əhliman Əmiraslanov) – Rəşad Mahmudov;
– Ailə, qadın və uşaq məsələləri komitəsi (sədr Hizran Hüseynova) – Jalə Əliyeva;
– Gənclər və idman komitəsi (sədr Şahin İsmayılov) – Könül Nurullayeva;
– İctimai birliklər və dini qurumlar komitəsi (Fazil Mustafa, BQP sədri) – Sahib Alıyev;
– Regional məsələlər komitəsi (sədr Siyavuş Novruzov) – Nurlan Həsənov;
– Elm və təhsil komitəsi (sədr Anar İsgəndərov) – Fariz İsmayılov;
– Mədəniyyət komitəsi (sədr Polad Bülbüloğlu) – Günay Əfəndiyeva;
– Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi (sədr Səməd Seyidov) – Nigar Arpadarai.