Milli Məclisdə Ombudsmanın hesabatı qəbul edilib

Xəbər - Elçin Mehdiyev – Trend:

Milli Məclisdə Ombudsmanın hesabatı qəbul edilib.

AzerTimes-ın məlumatına görə, məruzədə Azərbaycanda insan
hüquqlarının vəziyyəti, insan hüquqlarının qorunması istiqamətində
görülən işlərdən və əldə edilən nəticələrdən bəhs edilir.

Qeyd edilir ki, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın
rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat
səviyyəsinin qayğısına qalır.

İşğal altında olan torpaqlarımızın Müzəffər Ali Baş Komandanın
rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu tərəfindən azad
edilməsi xalqımızın 30 illik həsrətinin bitməsi, BMT-nin məlum
qətnamələrinin icrasının təmini, xüsusilə məcburi köçkün həyatı
yaşamaqda olan yüz minlərlə azərbaycanlının pozulmuş hüquqlarının
bərpa edilməsi üçün zəmin yaradıb.
Beynəlxalq hüquqla tanınan ərazi bütövlüyünü təmin edən Azərbaycan
Respublikası həm regional, həm də beynəlxalq səviyyədə sülh və
sabitliyin qorunub saxlanılmasında, insan hüquqlarının etibarlı
müdafiəsində böyük rol oynayıb.

Müzakirələrdən sonra hesabat səsverməyə qoyularaq qəbul
edilib.

Teqlər: