Milli Məclisdə komitələrin birgə iclası başladı

Milli Məclisdə komitələrin birgə iclası başladı

Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclası başlayıb.

AzerTimes xəbər verir ki, birgə iclasın gündəliyində “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi yer alıb.

Müzakirələrdə maliyyə naziri Samir Şərifov, Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, dövlət rəsmiləri və deputatlar iştirak edir.

İclasa Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli moderatorluq edir.

Müzakirələrdə deputatlar çıxış edərək dövlət büdcəsi ilə bağlı təkliflərini səsləndirəcəklər.

Teqlər: