Milli Məclis yeni maşınlar aldı

Milli Məclis yeni maşınlar aldı

Milli Məclisin xərclər smetasında nəzərdə tutulan vəsaitlər hesabına avtoparkın maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə avtomobillər alınıb və istismara verilib.

AzerTimes xəbər verir ki, bunu Milli Məclisin İşlər idarəsinin müdiri Firudin Hacıyev parlamentin 2024-cü il üçün xərclər smetası haqqında qərar layihəsini təqdim edərkən deyib.

Onun sözlərinə görə, yeni avtomobillərin alınması ilə avtopark yenilənib:

“Elektrik yarımstansiyalarında yenidənqurma işləri aparılıb və istismarı yararsız hala düşmüş elektrik avadanlıqları yenisi ilə əvəz edilib. İnzibati binada və digər ərazilərdə mütəmadi olaraq cari təmir işləri bu gün də davam edir”.

Teqlər: