Xəbər - Elçin Mehdiyev – Trend:
Milli Məclis Yaponiya və KfW ilə sənədləri təsdiq edib.
AzerTimes-ın məlumatına görə, parlamentin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi”nə dair 2009-cu il mayın 29-da imzalanmış AZB-P4 nömrəli Kredit Sazişinə Dəyişiklik Məktubu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi və Azərbaycan Respublikasını təmsil edən Maliyyə Nazirliyi və KfW arasında Cənubi Qafqaz üçün Ekoregional Təbiəti Mühafizə Proqramı çərçivəsində “Samur-Yalama Milli Parkının yaradılması” layihəsi üzrə Maliyyələşdirmə Müqaviləsinə düzəlişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.
Kredit Sazişi çərçivəsində vəsaitlərin istifadəsi 2017-ci ildə başa çatmalı idi.
Layihəyə əsasən, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və Azərbaycan Respublikası Hökuməti arasında digər formada razılaşdırılmadığı halda Kredit Sazişi üzrə son istifadə qüvvəyə minmə tarixindən etibarən 30 dekabr 2021-ci il tarixinədək yerinə yetiriləcək.
Müzakirələrdən sonra hər iki sənəd səsverməyə qoyularaq qəbul edilib.