Xəbər - Elçin Mehdiyev – Trend:
Milli Məclisin deputatları Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib.
AzerTimes-ın məlumatına görə, parlamentin spikeri Sahibə Qafarova bildirib ki, bu gün Milli Məclisin iclası çox əlamətdar bir günə təsadüf edir.
O qeyd edib ki, bu gün cənab Prezident İlham Əliyevin doğum günüdür.
Spiker bildirib ki, Prezident kimi fəaliyyətə başlayan ilk gündən ulu öndər Heydər Əliyevin siyasi xəttini davam etdirən cənab İlham Əliyev Azərbaycana böyük uğurlar qazandırıb:
“Cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan dünyada siyasi sabitliyin, qlobal təşəbbüslərin, tolerantlığın məkanı kimi tanınır. Azərbaycan uğurlu dinamik iqtisadi inkişafa nail olub. Cənab Prezidentin liderlik məharəti və gərgin səyləri ilə yaradılan əməkdaşlıq plaftormaları regiona investisiyaların yatırılmasını artırıb. Bu gün inamla həyata keçirilən islahatlar Azərbaycanın davamlı və inamlı inkişafını təmin edir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin böyük sərkərdəlik və siyasi diplomatik məharəti nəticəsində Azərbaycan tarixi qələbə qazanaraq öz torpaqlarını işğaldan azad etdi”, – deyə spiker bildirib.
S.Qafarova Prezident İlham Əliyevin ad günü münasibətilə dövlət başçısını təbrik edib və deputatlar adından Prezidentə təbrik məktubu hazrlandığını diqqətə çatdırıb.
Deputatlar təbrik məktubunu alqışlayıblar.