Milli Məclis Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanı Novruz bayramı münasibətilə təbrik edib

Milli Məclis Azərbaycan Prezidenti İlham Əliyevi və birinci
xanım Mehriban Əliyevanı ilaxır çərşənbə və Novruz bayramı
münasibətilə təbrik edib.

AzerTimes-ın xəbərinə görə, bu barədə Milli Məclisin sədri Sahibə
Qafarova parlamentin bu gün keçirilən iclasında bildirib.

Spiker Prezident İlham Əliyev və birinci xanım Mehriban
Əliyevaya gələcək fəaliyyətlərində uğurlar və can sağlığı
arzulayıb.

Deputatlar təbriklərə qoşularaq əl çalıblar.

Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyevə və birinci
xanım Mehriban Əliyevaya Milli Məclis tərəfindən təbrik məktubu
ünvanlanacaq.

Teqlər: