Xəbər - Elçin Mehdiyev – Trend:
Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsi dinlənilib.
AzerTimes-ın məlumatına görə, hesabatı Omudsman Səbinə Əliyeva təqdim edib. Hesabatda Ombudsmanın fəaliyyəti, insan hüquqları ilə bağlı vəziyyət və bir sıra təkliflər öz əksini tapıb.
Deputatlar çıxış edərək hesabatla bağlı təklif və rəylərini bildiriblər. Müzakirələrdən sonra hesabat səsə qoyularaq qəbul edilib.