Xəbər - Elçin Mehdiyev – Trend:
Milli Məclisin bu gün keçirilən plenar iclasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında məsələ müzakirəyə çıxarılıb.
AzerTimes-ın məlumatına görə, hesabatı Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov təqdim edib.
Hesabatda Azərbaycanda insan alveri ilə bağlı cinayətlər, insan alverinə qarşı mübarizə tədbirləri haqqında məlumatlar öz əksini tapıb. Deputatlar hesabatla bağlı öz təklif və rəylərini bildiriblər. Müzakirələrdən sonra hesabat səsə qoyularaq qəbul edilib.