Milli Məclis Hesablama Palatasının hesabatını təsdiqləyib

“Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” hesabat
Milli Məclisin plenar iclasında müzakirə edilib.

AzerTimes-ın məlumatına görə, 2021-ci ildə Hesablama Palatasının
audit və analitik fəaliyyəti hesabına 44 kənar dövlət maliyyə
nəzarəti həyata keçirilib.

Sənədə əsasən, bunun 32 %-də nəzarət tədbiri ilk dəfə baş tutub.
Nəzarət tədbirinin əhatə etdiyi orqanlardan 3-ü ali kateqoriya
dövlət orqanı, 8-i mərkəzi cra hakimiyyəti orqanı və 1-i digər
dövlət orqanı, 7-si publik hüquqi şəxs, 7-si dövlət mülkiyyətində
olan və dövlətin səhmi (payı) olan müəssisə, 3-ü elm müəssisəsi,
digərləri isə mərkəzi icra hakimiyyəti orqanının tabeliyində olan
təşkilatlar və müxtəlif təşkilati-hüquqi formaya malik qurumlar
olub.

Müzakirələrdən sonra hesabat səsverməyə qoyularaq təsdiq
edilib.

Teqlər: