Milli Məclis DSX-nin şəhid hərbçilərinin xatirəsini 1 dəqiqəlik sükutla yad edib

Parlamentin bu gün keçirilən iclasında helikopter qəzasında həlak olan hərbçilərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

AzerTimes-ın məlumatına görə, Milli Məclisin sədri Sahibə Qafarova şəhid hərbçilərin xatirəsinin yad edilməsini təklif edib:

“Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri qəzaya uğrayıb. Qəza nətciəsində 14 hərbi qulluqçumuz həlak olub. Təklif edirəm ki, həlak olan hərbi qulluqçuların xatirəsi 1 dəqiqəlik sükutla yad edilsin”, – spiker bildirib.


Daha sonra şəhid hərbi qulluqçuların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Teqlər: