Milli Məclis daha bir beynəlxalq sənədi təsdiq edib

Xəbər - Elçin Mehdiyev – Trend:

Milli Məclis daha bir beynəlxalq sənədi təsdiq edib.

AzerTimes-ın məlumatına görə, parlamentin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu arasında 2019-cu il mayın 31-də və iyunun 21-də imzalanmış məktublar mübadiləsi formasında bağlanmış Saziş təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb.

Müzakirələrdə çıxış edən deputatlar bu Saziş Azərbaycan ilə BMT arasında əməkdaşlığın inkişafına mühüm töhfə verəcək. Müzakirələrdən sonra Saziş səsverməyə qoyularaq təsdiq edilib.

Teqlər: