Xəbər - Elçin Mehdiyev – Trend:
Milli Məclis bir neçə beynəlxalq sənədi təsdiq edib.
AzerTimes-ın məlumatına görə, parlamentin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası və Dünya Bankı Qrupu Təşkilatları arasında Azərbaycan Respublikasında Ofislərin Qurulmasına və Fəaliyyətinə dair” Sazişin təsdiq edilməsi, “Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi və “Sellülyar səyyar rabitə sistemlərinin inkişaf etdirilməsində və onlardan istifadə olunmasında əməkdaşlıq haqqında 1997-ci il 17 yanvar tarixli Sazişə dəyişikliklər edilməsi barədə Protokol”un təsdiq edilməsi müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra sənədlər səsverməyə qoyularaq qəbul edilib.