Milli Məclis bələdiyyələrin fəaliyyəti ilə bağlı illik məruzəni
təsdiq edib.
AzerTimes-ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən
iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata
keçirən orqanın illik məruzəsi müzakirə edilib.
Məruzəni ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim
edib.
Deputatlar çıxış edərək məruzə ilə bağlı rəy və təkliflərini
irəli sürüblər. Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq
qəbul edilib.