Milli Məclisin Sədri Sahibə Qafarovanın sərəncamı ilə parlament
aparatında növbəti kadr islahatları aparılıb.
Trend-in
məlumatına görə, Milli Məclis Sədrinin sərəncamı ilə parlament
Aparatının İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin
müdiri, uzun müddət dövlət qulluğunda çalışan Rüstəm Bəhruz oğlu
Mahmudov qulluqda irəli çəkilərək parlament Aparatı rəhbərinin
müavini vəzifəsinə təyin edilib.
R.Mahmudov artıq 16 ildən çoxdur ki, Milli Məclis aparatında
müxtəlif vəzifələrdə çalışır.
Milli Məclisin daha bir təcrübəli əməkdaşı, parlament Aparatının
Milli Məclisin, komitələrin və komissiyaların işinin təşkili
şöbəsinin müdir müavini, III dərəcə dövlət müşaviri Şakir Himalay
oğlu Şabanov isə Aparatın İcra hakimiyyəti orqanları ilə əlaqələr
şöbəsinin müdiri vəzifəsinə irəli çəkilib. Ş.Şabanov Milli Məclis
aparatında 26 ildir fəaliyyət göstərir.
Digər sərəncamla, Dövlət qulluğu və kadr məsələləri şöbəsinin
sektor müdiri, 25 ilə yaxındır ki, Milli Məclis aparatında çalışan
Şahin Xanbaba oğlu Quliyev isə həmin şöbənin müdir müavini
vəzifəsinə təyin olunub.