Milli ləyaqətimiz, dövlət təfəkkürümüz yoxdur – İşxanyan

Milli ləyaqətimiz, dövlət təfəkkürümüz yoxdur – İşxanyan

Gəlin bir anlıq təsəvvür edək ki, erməni xalqına həqiqətən də ruslar tərəfindən xəyanət edilib. Əvvəla, bu tezis doğru olsa da, nəinki, yumşaq desək, erməni xalqının zəifliyindən bəhs edir, əksinə, rusları bütün məsuliyyətdən azad edir. Çünki əgər erməni xalqı onların müttəfiqi deyil, sadəcə Rusiyaya qeyd-şərtsiz sadiq olan anlaşılmaz bir kütlədirsə, onda o, başqa dövlətlər və xalqlarla sövdələşmə üçün sadəcə kiçik bir sikkədir.

AzerTimes xəbər verir ki, bunu erməni hüquq müdafiəçisi Avetik İşxanyan deyib.

“Üstəlik, belə təfəkkürə malik insanların öz dövlətlərinə sahib olmaq hüququ yoxdur, bu halda onlar yalnız Rusiyanın quberniyası olduqlarına dözməlidirlər. Bir anlığa, məsələn, 19-cu əsri təsəvvür edin və erməni tarixi ərazilərinin adlarına, erməni xalqının ad və soyadlarına diqqət yetirin. Əcnəbidə belə bir təəssürat yarana bilər ki, erməni xalqı türklərə sadiqdir. Eyni şey 20-ci əsrdə ruslar üçün, 21-ci əsrdə Qərb üçün keçərlidir. Bu ondan irəli gəlir ki, heç bir dövlətdə xalqımıza hörmət yoxdur, çünki biz azğın, vətənimizə yox, başqa xalqa sadiq, milli ləyaqətdən məhrum kimi qəbul olunuruq. Biz dövlət təfəkkürü olmayan xalqıq və dövləti gücləndirmək üçün müttəfiqlər haqqında düşünmürük. Sadəcə olaraq, vəziyyətə birtəhər uyğunlaşmaq, müttəfiqlərin olması haqqında deyil, pul xatirinə varlı himayədarlar tapmaq haqqında fikirləşirik”, – o bildirib.

Teqlər: