UEFA cəbhə bölgəsində baş verən hadisələrə baxmayaraq, Azərbaycan və Ermənistan yığmalarının UEFA Millətlər Liqasındakı matçlarının keçiriləcəyini açıqlayıb.
Avropa Futbol qurumu bu barədə Rusiya KİV-nə açıqlamasında bildirib.
“UEFA vəziyyəti yaxından izləyir və qarşıdakı bütün oyunların proqrama əsasən keçirilməsi planlaşdırılır” deyə əlavə olunub.
Qeyd edək ki, Azərbaycan yığması oktyabrın 10-da Monteneqronun qonağı olacaq, 3 gün sonra isə Kipri qəbul edəcək.