Taekvondo üzrə kişilərdən ibarət milli komandaya yeni böyük məşqçi təyin olunub.
AzerTimes xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Azərbaycan Taekvondo Federasiyasında kişilərdən ibarət yığma komandanın böyük məşqçisi vəzifəsi Elnur Amanova həvalə edilib.