Milli Kitab Sərgisinə hazırlıq başladı

Milli Kitab Sərgisinə hazırlıq başladı

İçərişəhərdə keçiriləcək Milli Kitab Sərgisinə hazırlıq başlayıb.

AzerTimes xəbər verir ki, bu barədə “Qanun” Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlu məlumat yayıb.

Sərginin keçiriləcəyi məkanla tanış olan naşir bildirib ki, sərgi Qoşa Qala qapısından Zərdabi heykəlinədək uzanan meydanda baş tutacaq.

“Təqdimatlar, müzakirələr, çıxışlar üçün Bakı Foto Evi, Maqsud İbrahimbəyovun ev muzeyi, Zərdabi dəhlizi də Milli Kitab Sərgisinin ixtiyarına veriləcək. Bəzi təqdimatlar isə açıq havada, qədim şəhərin müxtəlif məkanlarında olacaq”, – Ş.Xuduoğlu qeyd edib.

Xatırladaq ki, sərgi 27 may-4 iyun tarixlərində keçiriləcək.

Teqlər: