Azərbaycan Kinomatoqrafçılar Birliyinin 2022-ci il üzrə tədbirlər planı hazırlanır. İlin axırına qədər müəyyən tədbirlərimiz olacaq. Bundan başqa, avqustun 2-də Milli Kino Günü keçiriləcək. İstəyirik ki, həmin günlə bağlı bir sıra tədbirlər gerçəkləşdirək. Hələlik tədbirlərin siiyahısını konkretləşdirməmişik. Həmin günlə bağlı bir sıra kino xadimlərinin təltif edilməsi ilə bağlı siyahı hazırlayıb aidiyyatı üzrə təqdim etməyi düşünürük. Siyahıda kimlərin adının olacağını deyə bilmərəm. Çünki, bu məsələni təkbaşına həll eləmirəm.
AzerTimes xəbər verir ki, bunu Publika.az-a açıqlamasında Xalq artisti, Azərbaycan Kinomatoqraçılar Birliyinin sədri Rasim Balayev deyib.
Rasim Balayev bildirib ki, bununla bağlı Birliyin katibliyi toplaşacaq və layiqli adamların adları siyahıya salınacaq:
“Ona görə adları açıqlamaq istəmirəm ki, adları biz yazsaq da, kimlərə fəxri adların verilib-verilməməsi bizlik deyil. Siyahıda neçə adamın adının olacağı da hələlik dəqiqləşməyib. Amma siyahını bu yaxınlarda təqdim edəcəyik. Yubileylər də keçirilə bilər. Yubileyləri əvvəlki kimi təntənəli keçirmirik. Amma kimlərinsə yubileyləri olacaqsa, biz onları ayrı-ayrılıqda, kiçik çərçivədə də olsa, təşkil etməyə çalışacağıq. Kimin yaşı yuvarlaqdırsa, onların yubileylərini keçirməyi düşünürük”.