Güney azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin 1945-ci ildə Güney Azərbaycanda qurulan Milli Hökumətə həsr olunmuş “Sonuncu əsgər” sənədli filmi təqdim edilib.
AzerTimes xəbər verir ki, filmdə Pişəvərinin başçılığı ilə qurulan Milli Hökumət dövründəki hadisələrdən və ordu quruculuğundan bəhs olunur.
Qeyd edək ki, Şərqi Azərbaycan əyalətinin Mərənd şəhərindən olan və jurnalistika üzrə bakalavr dərəcəsi alan Məhəmməd Əlimuradi Güney Azərbaycanın ekoloji, mədəni və ictimai problemləri ilə bağlı bir neçə sənədli filmin rejissorudur.