Son 20 ildə martın 20-də Bakıda və Abşeron yarımadasında ən
aşağı temperatur 2010-cu ildə 0 dərəcəyə yaxınlaşıb.
Ən isti keçən il isə 2008-ci il olub, havanın temperaturu martın
20-də müsbət 22 dərəcəyə yüksəlib.
Trend xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin
rəisi Umayra Tağıyeva bildirib.
“2014-cü ildə cənub küləyinin surəti 32 m/s-dək güclənib.
2019-cu ildə isə Bakıda güclü yağıntı olub, bir gün ərzində
yarımaylıq normadan çox, 18 mm yağıntı düşüb”.
Ölkəmizin bölgələrində də bu bayram günlərində hava necə olub?
Azərbaycanın rəngarəng iqlimi elə bir gündə öz fərqliliyi ilə
seçilib.
U.Tağıyeva qeyd edib ki, martın 20-i Naxçıvan MR-da minimal
temperatur 2012-ci ildə 6 dərəcə şaxta, maksimal temperatur isə
2001-ci ildə 25 dərəcə isti, Qazax-Gəncə zonasında minimal
temperatur 2003-cü ildə 8.4 dərəcə şaxta, Balakən-Şəki zonasında
isə 2018-ci ildə 24.7 dərəcə isti, Lənkəran-Astara zonasında
minimal temperatur 2010-cu ildə dağlıq zonada 11 dərəcə şaxta
olub.