Milli Gimnastika Arenasında gözəl mühit hökm sürür – Qazaxıstan gimnastı

Xəbər - Cani Babayeva – Trend:

Bakıda Batut Gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının təşkili yüksək səviyyədədir, Milli Gimnastika Arenasında gözəl mühit hökm sürür.

Bunu Trend-ə qazaxıstanlı gimnast Daniil Parfyonov deyib.

“Bu, Qazaxıstan komandasının ikili mini-batutda çıxış etdiyi ilk beynəlxalq yarışdır. Hazırlıq çox məhsuldar keçib. Gözlənildiyi kimi nəticə pis alınmadı. Komanda daxilində sağlam rəqabət hökm sürür. Bizdə kimisə ayırmaq, kiminsə uğursuzluğuna sevinmək kimi hisslər yoxdur”, – deyə gimnast bildirib.

O əlavə edib ki, Bakıda ötən həftə keçirilmiş batut gimnastikası və tamblinq üzrə 35-ci dünya çempionatını onlayn rejimdə izləyib.

Qeyd edək ki, 25-28 noyabr tarixlərində keçiriləcək 28-ci Dünya Yaş Qrupları Yarışlarında 32 ölkədən 650 idmançı iştirak edir.

Gimnastlar həm batut, həm tamblinq, həm də ikili mini-batut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyasında yarışacaqlar.

Yarışda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər.

Yarışlarda Azərbaycanı 15 gimnast təmsil edir. Batut gimnastikasında Selcan Maqsudova, Maqsud Maqsudov, Ammar Baxşəliyev, İbrahim Mustafazadə, Mehdi Əliyev, Nicat Mirzyəyev, Əli Niftəliyev, Şəfiqə Hümbətova, Səma Cəfərova, tamblinq yarışlarında Tofiq Əliyev, Adil Hacızadə, Bilal Qurbanov, Hüseyn Əsədullayev, Aleksey Karataşov və Elnur Məmmədov iştirak edirlər.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: