Milli Gimnastika Arenasında çıxış etmək şərəf və məsuliyyətdir – Litvalı gimnast

Xəbər - Cani Babayeva – Trend:

Bakı Milli Gimnastika Arenası çox böyük və gözəldir, burada çıxış etmək şərəf və məsuliyyətdir.

Bunu AzerTimes-a aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının iştirakçısı, litvalı gimnast Darius Yurgeleviçus deyib.

Gimnast öz çıxışından razı qaldığını bildirib: “Proqramımdan məşqçi ilə söhbət etdim və o, məni təriflədi. Bakıdakı turnir mənim ilk iri beynəlxalq yarışımdır. Yarışın təşkili yüksək səviyyədədir. Milli Gimnastikası böyük və gözəldir”.

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası ilk dəfə olaraq aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarını təşkil edir. Turnir mayın 23-dək keçiriləcək.

Yarışların birinci günündə fərdi hərəkətlərdə kişilər (12-14 yaş) və qadınlar (15-17 yaş), üçlük (12-14 yaş və 15-17 yaş), qarışıq cütlüklər çıxış edir.

Yarışlarda 18 ölkədən 202 gimnast iştirak edir.

Çempionatda 12-14 və 15-17 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparır.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: