Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku davam edir (FOTO)

Xəbər - Cani Babayeva – Trend:

Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun ikinci günü davam edir.

AzerTimes-ın məlumatına görə, bu gün gimnastlar gürzlər və lentlə hərəkətləri yerinə yetirir. Bundan başqa, qrup hərəkətləri proqramında təsnifat mərhələsi baş tutacaq. Komandalar 3 halqa və 2 cüt gürzlə hərəkətləri nümayiş etdirəcək.

Bu gün, həmçinin çoxnövçülükdə qaliblərin adları müəyyənləşəcək. Daha sonra qaliblərin mükafatlandırma mərasimi keçiriləcək.

Qeyd edək ki, Dünya Kuboku mayın 7-dən 9-dək keçirilir.

Azərbaycanı Dünya Kubokunda Yay Universiadasının gümüş medalçısı, İslam Həmrəyliyi Oyunlarının qızıl medalçısı, Olimpiya Oyunlarına lisenziya qazanmış Zöhrə Ağamirova, gənclər arasında dünya çempionatının ikiqat mükafatçısı Arzu Cəlilova, eləcə də son Avropa çempionatının üçqat medalçısı, Olimpiya Oyunlarına lisenziya qazanmış qrup hərəkətləri komandası (Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova, Darya Sorokina) təmsil edir.


Dünya Kubokunda 36 ölkədən qrup komandaları tərkibində 106 (18 qrup), fərdi proqram üzrə isə 63 gimnast mübarizə aparır.

Ənənəyə uyğun olaraq yarışlarda ən çox xal toplamış gimnasta “AGF Trophy” kuboku təqdim olunacaq.

Trend Dünya Kubokunun ən maraqlı anlarını təqdim edir.

(Foto: Zaur Mustafayev. Tərcümə: Orxan Nəbiyev)

Teqlər: