Xəbər - Cani Babayeva – Trend:
Bakı Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 27-ci
Azərbaycan çempionatında yarışların ikinci günü davam edir.
Trend-in məlumatına görə, çempionatın ikinci
günündə gənclər və böyüklər arasında ayrı-ayrı alətlər üzrə final
mərhələləri keçirilir.
Qeyd edək ki, yarışlarda Bakı şəhəri üzrə “Ocaq Sport”, Bakı
Gimnastika Məktəbi, Grasiya IK, Respublika Kompleks İdman Məktəbi,
digər şəhər və bölgələr üzrə Xırdalanın “Zirvə” klubu, Sumqayıt,
Gəncə və Mingəçevirdən ümumilikdə 40 idmançı birincilik uğrunda
mübarizə aparır.
Qaliblər həm ayrı-ayrı alətlərdə (top, halqa, gürzlər, lent),
həm də çoxnövçülük xalına görə müəyyən edilir.
(Tərcümə: Orxan Nəbiyev. Foto: Zaur Mustafayev)