Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının son günü başlayıb (FOTO)

Xəbər - Cani Babayeva – Trend:

Bakı Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının üçüncü və son günü başlayıb.

AzerTimes-ın məlumatına görə, Azərbaycan Gimnastika Federasiyası ilk dəfə olaraq aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarını təşkil edir.

Yarışların üçüncü günündə fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup və aerodans proqramları üzrə finallar və mükafatlandırma mərasimləri keçiriləcək.

Yarış gününün sonunda bağlanış mərasimi baş tutacaq.

Qeyd edək ki, yarışlarda 18 ölkədən 202 gimnast iştirak edir.


Çempionatda 12-14 və 15-17 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparır.

Azərbaycanı yarışlarda Leyla Abdullazadə, Arzu Ağayeva, Leyla Əhmədova, Sara Əlixanlı, Aylin Əliyeva, Rövşanə Bağırzadə, Leyla Bejanova, Dilarə Qurbanova, Fidan İbrahimova, Aliyə İsmayılova, Sənəm Kazımova, Evelina Kozlovskaya, Emiliya Mahmudova və Məryəm Topçubaşova təmsil edir.

Yarışlar Azərabycanda mövcud karantin qaydalarının tələblərinə uyğun olaraq tamaşaçısız keçirilir.

(Foto: Zaur Mustafayev. Tərcümə: Orxan Nəbiyev)

Teqlər: