Milli geyimlərlə bağlı yeni layihə

Milli geyimlərlə bağlı yeni layihə

“Qadın Konsensus Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yeni layihəyə start verib.

AzerTimes xəbər verir ki, “Azərbaycanın milli geyimlərinin təbliği – “Ənənədən gələcəyə” adlı layihə 4 ay davam edəcək.

Layihənin keçirilməsində məqsəd Azərbaycanın milli geyimlərini öyrənmək və təbliğ etməkdir.

Milli geyimlərimizi, xüsusilə də gənclər arasında təbliğ etməklə milli dəyərlərimizə sahib çıxmaq əsas hədəfimizdir.

Layihə çərçivəsində milli geyimlərimizlə bağlı 10 araşdırma yazı, 6 veriliş hazırlanacaq və sonda ictimai müzakirə keçiriləcək.

Teqlər: