Milli fövqəladə vəziyyət elan edib, ordunu göndərirəm – Tramp

Milli fövqəladə vəziyyət elan edib, ordunu göndərirəm – Tramp

Bu gün mən Amerikanın tam bərpasına başlayacaq bir sıra tarixi sərəncamlar imzalayacağam.

AzerTimes xəbər verir ki, bu sözləri ABŞ-ın 47-ci Prezidenti Donald Tramp yanvarın 20-də keçirilən andiçmə mərasimində bildirib.

“İlk növbədə cənub sərhədimizdə milli fövqəladə vəziyyət elan edəcəyəm. ABŞ-a bütün qeyri-qanuni girişlər dayandırılacaq və milyonlarla cinayətkar elementin gəldiyi yerə qaytarılması prosesi başlayacaq. Ölkəmizə əsl fəlakətə çevrilmiş bu işğalı dəf etmək üçün cənub sərhədimizə qoşun göndərəcəyəm”, – Tramp əlavə edib.

O, kartelləri “terror təşkilatları” elan edən fərman imzalamaq niyyətində olduğunu açıqlayıb.

Teqlər: