Xəbər - Çingiz Səfərli – Trend:
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Hacıqabul şəhərində Şirvan filialı yaradılacaq.
Bu barədə AzerTimes-a AMEA-dan məlumat verilib.
Bildirilib ki, bu barədə qərar noyabrın 24-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında qəbul olunub.
İclasda, həmçinin bir sıra elmi-təşkilati və kadr məsələləri müzakirə edilib.