Millətlər Liqasının qalibi bu gün bəlli olacaq

Millətlər Liqasının qalibi bu gün bəlli olacaq

Bu gün UEFA Millətlər Liqasında mükafatçılar bəlli olacaq.

AzerTimes xəbər verir ki, əvvəlcə meydana üçüncü yer uğrunda mübarizə aparan Almaniya və Fransa yığmaları çıxacaq. Matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Saat 23:00-da isə Münhendə final görüşü təşkil olunacaq. Portuqaliya və İspaniya komandaları öz aralarındakı oyunla qalibin adına aydınlıq gətirəcəklər.

Teqlər: